İdman

“Bursaspor” azarkeşlərin hücumuna məruz qalıb

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun da çıxış etdiyi “Bursaspor” azarkeşlərin hücumuna məruz qalıb. 

Qol.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabları məlumat yayıb. Hadisə Türkiyə 1-ci Liqasının 12-ci turunda “Kocaelispor”la səfər oyunundan əvvəl baş verib. Komanda stadiona daxil olarkən yerli fanatlar avtobusu təpikləyib və butulkalar atıblar.

Qeyd edək ki, 1:2 hesabı ilə məğlub olan “Bursaspor”un yeganə qoluna penaltidən Namik Ələskərov imza atıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button