Siyasət

“Bundan sonra Ermənistan-Rusiya münasibətləri daha da gərginləşəcək”

“Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra böyük iddialarla erməni cəmiyyətinin ümidlərini manipulyasiya etməklə məşğul idi. Məlum olduğu kimi, Ermənistanda 30 ilə yaxın hakimiyyətdə olmuş Koçaryan və Sarkisyan rejimi dövründə ölkənin təbii sərvətləri talanmış və nəticədə Ermənistanın dövlət və xarici bankalara olan borcu milli gəlirlərindən daha çox olmuşdu. Bu fonda Erməınistan həm Qərbin müxtəlif ölkələrində mənizllənmiş lobbillərdən asılı vəziyyətdə qalmış, həm də Rusiya və başqa ölkələrdən dilənçilik etməklə məşğul olmuşdu”.

Bu sözləri Busaat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. Əlavə edib ki, bütün bunların fonunda Ermənistanda Paşinyandan böyük gözləntilər və ümidlər olduğu üçün, həm də Soros fonudnun və Qərbin müxtəlif siyasi insitutlarının təlqinləri nəticəsində küçəyə çıxan ermənilər Paşinyanı hakimiyyətə gətirdilər: “Lakin nəticədə Paşinyan gözləntiləri doğrultmadı və hakimiyyətə gələn ilk gündən ölkənin ən ali məhkəmə sistemi olan Konstitusiya məhkəməsinə qarşı siyasi iddialar irəli sürdü və məhkəmənin rəsmilərinə qarşı ciddi siyasi represiyalar həyata keçirdi. Ardınca isə Paşinyan özünə müxalif olan, yəni, Rusiyaya qarşı daha loyal münasibət göstərən siyasətçiləri ya həbsə atmağa, ya da onlar haqqında qondarma cinayət işləri qaldırmağa başladı və nəticədə Paşinyanın hakimiyyətdə olduğu qısa müddət əzrində, xüsusən də hüquq mühafizə sistemində tez-tez kadr dəyişiklikləri ortaya çıxmağa başladı. Bu da ölkədə siyasi sabitsizliyin ən böyük gösətricilərindən biri idi”.

“Bundan sonra Paşinyana qarşı müxtəlif siyasi fraksiyalar formalaşmağa başladı və xüsusən də Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Ermənistandakı çatlar daha da dərinləşdi. Yəni, müharibəyə qədər Paşinyana qarşı ayrı-ayrı fəaliyyət göstərən müxtəlif siyasi qurumlar əlbir olub Paşinyanı hakimiyyətdən devirməyə çalışırıdılar və bunların içində siyasi keçmişi qalamaqallı olan insanlar da var idi. Məsələn, Robert Koçaryan verdiyi son müsahibədə siyasətə qayıtdığını vurğuladı, Serj Sarkisyan verdiyi son müsahibədə Ermənistanda yeni siyasi iddiaları olacağının anonsunu verdi, eyni zamanda, Sarkisyanın kürəkəni və Ermənistanın Vatikandakı keçmiş səfiri Minasyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, Ermənistan Vətən Partiyasının sədri Artur Vanetsyan, həmçinin Vazgen Manukyan və digərləri Ermənistanda Paşinyana qarşı müxalif milli hərəkatın əsas birləşdirici lokomativi halına gəldilər. Məqsəd də Paşinyanın hakimiyyətdən devrilməsi və bundan sonra da müxtəlif xarici dairələrin diqtəsi ilə Ermənistanda özlərinə sərf edən “mafyoz klan” qurmaqdır. Lakin erməni cəmiyyəti nə qədər müharibədə biabrçı məğlubiyyət kapitulyasiyasına imza atılsa da, Paşinyan hakimiyyətə gəldikdən sonra ölkənin siyasi-iqtisadi vəziyyəti daha da dalana dirənsə də, hələ də Paşinyanı dəstəkləyir və beynəlxalq təşkilatların sorğularına əsasən də Paşinyan Ermənsitanda bütün siyasi qüvvələrdən daha reytinqlidir”-deyə, politoloq vurğulayıb.

Onun sözlərinə görə, erməni xalqı Paşinyanın bacarıqsız siyasi lider olduğunu bilsə də, ölkəni uzun illər uçuruma aparmış və işğalçılıq siyasəti davam etdirərək Ermənistanı bütün beynəlxalq layihələrdən tədric eləmiş keçmiş “Qarabağ klanı” və ölkədəki “siyasi mafyoz”lara da etibar eləmir: “Nəticədə ölkədə alternativsiz siyasət mühitinin bozluğunda erməni xalqı məcburən Nikol Paşinyanı hələ də dəstəkləməyə çalışır və onun hakimiyyətdən getməsini istəmir. Ona görə də düşünürəm ki, bundan sonra Ermənistan-Rusiya münasibətləri daha da gərginləşəcək. Çünki nəzərə almaq lazımdır ki, hakimiyyətə gəldikdən bir müddət sonra Paşinyan Rusiyaya qarşı açıq addımlar atmağa başladı, tədris sistemində rus dilini sıxışdırdı və rus mədəniyyətinə qarşı ciddi şəkildə əks işlər görməyə başladı. Bütün bunların fonunda son günlər Rusiya istehsalı olan “İskəndər” raketləri ilə bağlı Paşinyanın verdiyi açıqlama və Rusiya Müdafiə Nazirliyi və siyasi elitası nəzdində ona qarşı sərt reaksiyaların verilməsi Paşinyanın iqtidarda olduğu müddətdə Ermənsitan-Rusiya münasibtələrinin daha da gərginləşəcəyini vəd edir”.

“Amma Ermənistanda hələki bir neçə il ərzində gözlənilməyən inqilab ssenarilərinə rəğmən, ölkədə inqilab baş versə və adları çəkilən siyasi qüvvələr istər koalisiya, yaxud da təkbaşına iqtidara gəlsələr bundan sonra Rusiya-Ermənistan müansibətləri daha da güclənəcək və nəticədə, xüsusən də Qərbdə mənzillənmiş erməni lobbilərinin vasitəçilyi ilə Ermənsiana siyasi dəstək verən Fransa və digər Qərb dövlətlərinin Ermənistanla münasibtələri korlanacaq. Yəni, bundan sonra Ermənistandakı siyasi vəziyyət birbaşa Nikol Paşinyanın siyasi platformasından asılı olacaq. Bir sözlə, Paşinyan ağıllı diplomatik açıqlamaları nə qədər gec öyrənəcək, nə qədər ki, dərin siyasi açıqlamalar verməyi mənimsəməyəcək Ermənistanın Rusiya ilə münasibətləri də gərgin olaraq qalacaq”-deyə, İsmayılov fikrini yekunlaşdırıb.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button