İdman

Bülent Korkmaz “Alanyaspor”u çalışdıracaq

Türkiyənin “Alanyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Super Liqa təmsilçisi Bülent Korkmazla anlaşıb.
Bir neçə gün əvvəl Çağdaş Atanla yollarını ayıran rəhbərlik Korkmazla ilkin razılıq əldə edib. Həmçinin “Qalatasaray”ın futbolçusu Emre Akbaba da karyerasını Alanya klubunda davam etdirəcək. Həm Korkmaz, həm də Akbabanın təqdimat mərasiminin bu gün keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Bülent Korkmaz 2009/10 mövsümündə Azərbaycanda “Bakı”nı çalışdırıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button