Mədəniyyət

Bukmekerlər Azərbaycanın “Avroviziya” təmsilçisini şanslı saymır

“Avroviziya 2022” mahnı müsabiqəsi üçün bukmeker dəyərləndirmələrində Ukrayna 43 faiz ehtimalla liderdir.

APA eurovisionworld.com-a istinadən xəbər verir ki, ikinci yerdə İtaliya – 13 faiz ehtimalla, üçüncü yerdə İsveçrə – 11 faiz ehtimalla, dördüncü yerdə Böyük Britaniya – 6 faiz ehtimalla, beşinci yerdə isə İspaniya – 4 faiz ehtimalla yer alır.

Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin qalibiyyət şansı isə 1 faizə yaxın dəyərləndirilir.

Qeyd edək ki, “Avroviziya 2022” mahnı müsabiqəsinin birinci yarımfinalı 10 mayda, ikinci yarımfinalı 12 mayda, final isə 14 may tarixində İtaliyada keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button