İqtisadiyyat

Budapeştdə Türk Şurası ölkələrinin nəqliyyat sahəsində əməkdaşlığı müzakirə olunur

Macarıstanın paytaxtı Budapeşt şəhərində Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyinin təşəbbüsü ilə Türk Şurasına üzv olan ölkələrin nəqliyyat nazirlərinin V toplantısı işə başlayıb.
“APA-Economics”in xəbər verir ki, tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə təmsil edir.
Görüşdə daha səmərəli və dayanıqlı daşımalar üçün atılacaq addımların və planların qiymətləndirilməsi, həmçinin logistika sahəsində əməkdaşlıq yolu ilə ölkələrin ixrac həcmini artıracaq məsələlərin müzakirəsi nəzərdə tutulur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button