İqtisadiyyat

Budapeşt-Bakı reysi üzrə uçuşlar bərpa olunur

Bu ilin oktyabr ayının əvvəlindən etibarən Macarıstanın “WizzAir” aviaşirkəti Budapeşt-Bakı-Budapeşt aviareysi üzrə uçuşları bərpa edəcək.
“APA-Economics” “WizzAir”ə istinadən verdiyi məlumata görə, ilk aviareys 3 oktyabr tarixində baş tutacaq. Belə ki, təyyarə Budapeştdən Bakıya oktyabrın 3-də, əks istiqamətdə isə oktyabrın 4-də yola düşəcək.
Məlumata görə, oktyabr ayı üzrə reyslər həftədə bir dəfə (Budapeştdən bazar günü, Bakıdan isə bazar ertəsi günü yola düşür), noyabr ayından etibarən isə həftədə iki dəfə (cümə axşamı və bazar günləri) həyata keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button