İdman

“Bu, təxribat deyil, kiçik hadisədir” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada “Marsel”ə qarşı keçirdikləri ilk oyunda erməni təxribatına münasibət bildirib.

“Report”un məlumatına görə, 50 yaşlı mütəxəssis artıq belə hallara fikir vermədiklərini söyləyib.

“Buna zərrə qədər də önəm vermədim. Torpaqlarımız bizdə olmayanda məğlubiyyət istəmirdik. Həmişə narahat olurdum. Məcburi köçkünlər neçə illərdir əziyyət çəkir və bizim nəticələrimizə baxaraq fərəhlənirdilər. Buna görə uduzmaq istəmirdim. Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir. Artıq hər yerə başı yuxarı gedirik”.

Qurbanovun fikrincə, təxribatlar dünya futbolunda da olur: “Bu kiçik bir şeydir. Bizim bayraqlarımız öz torpaqlarımızdan dalğalanır. Bununla bizə heç nə göstərə, deyə bilməzlər. Sabah stadionda bayraqlarımızın sayı daha çox olacaq. Onda başa düşəcəyik ki, belə şeylərə təxribat demək olmaz. Bu, futbolçularıma da təsir etmir. Biz öz işimizi görməyə çalışırıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button