Dünya

Bu ölkənin İttifaq Ərazisində son iki ildə müsbət dəyişikliklər baş verib

Hindistanın Azərbaycandakı Səfiri B. Vanlalvavna Cammu və Kəşmir İttifaq Ərazisində son iki ildə baş vermiş müsbət dəyişiklikləri şərh edib və İttifaq Ərazisində şəffaf və məsuliyyətli idarəetmənin təmin edilməsində əhəmiyyətli irəliləyişin əldə edildiyini bildirib.

Diplomat mediaya açıqlamasında deyib ki, bu müddət ərzində qadınların, uşaqların və cəmiyyətin az təmin olunmuş hissələrinin sosial, iqtisadi və siyasi hüquqlarının qorunması və təşviqi üçün nəzərdə tutulmuş qanunlar da daxil olmaqla bütün mərkəzi qanunlar genişləndirilərək İttifaq Ərazisində tətbiq olunması təmin edilib.

Ot kökləri demokratiyasını gücləndirmək məqsədilə 2020-ci ilin oktyabr-noyabr aylarında Bölgə İnkişaf Şurasına seçkilər keçirilib. Bu seçkilərdə 51,7 faiz seçici fəallığı qeydə alınıb. 2019-cu ildə Cammu və Kəşmirin tarixində ilk dəfə olaraq Blok İnkişaf Şuralarına (BİŞ) keçirilmiş seçkilərdə 98,3 faiz seçici fəallığı müşahidə olunub. İlk dəfə olaraq qadınlar əsas siyasət fəaliyyətilə məşğul olmağa imkan verən hüquqdan faydalanıblar. Bu müddət ərzində müxtəlif proqramlar üçün “Pançayat” institutları (yerli hökumət orqanları) vasitəsilə təxminən 230 milyon ABŞ dolları ayrılıb.

Səfir qeyd edib ki, bu müddət ərzində kənd ərazilərinin internet, eləcə də elektron dövlət xidmətləri ilə təminatı üçün 44 Rəqəmsal Kənd Mərkəzi yaradılıb. “Kəndə Qayıdış” adlı unikal proqram çərçivəsində 50 min ailə dövlət tərəfindən dəstəklənən “Sağlamlıq Sığortası Proqramı” ilə təmin edilib. Qadın sahibkarlar üçün ayrılmış 4 600 kredit də daxil olmaqla ümumilikdə 15 mindən çox kredit vəsaiti verilib.

Kəndlərdə infrastrukturun yaxşılaşdırılması üçün vətəndaşlar tərəfindən 20 mindən çox inkişaf layihəsi müəyyən edilib. İnteqrasiya edilmiş şikayət və monitorinq sisteminə 85 mindən çox şikayət daxil olub ki, bunların da 90%-dən çoxu qənaətbəxş şəkildə həll edilib.

Səfirin sözlərinə görə, 7,5 milyard ABŞ dolları həcmində sərmayə yatırımının nəzərdə tutulduğu Baş Nazirin İnkişaf Paketi çərçivəsində təyin olunmuş 54 layihədən 20-si son iki ildə tamamlanıb, 13 layihənin 2022-ci ilin sonuna qədər tamamlanması, qalan layihələrin isə 2022-2023-cü illərdək başa çatması gözlənilir.

Tamamlanmış layihələr sırasında Qaziqund və Banihal şəhərləri arasında tikilən və dəyəri 420 milyon ABŞ dolları olan 8,45 kilometrlik, yüksək texnologiyalı, hər cür hava şəraiti üçün nəzərdə tutulmuş tunel, Cammuda tikilmiş Rambağ körpüsü, eləcə də Cammuda yerləşən Hindistan Texnologiya İnstitutunu və s. qeyd etmək olar.

2020-2021-ci illər ərzində ümumi dəyəri 220 milyon ABŞ dolları olan 1289 yol tikintisi işi başa çatdırılıb. Təxminən 2000 məntəqəni birləşdirən “Baş Nazirin Kənd Yolu Planı” (Pradhan Mantri Gram Sadak Yojana) çərçivəsində indiyədək 14 500 kilometr uzunluğunda yolların tikintisi başa çatdırılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button