Dünya

Bu ölkədə koronavirus əleyhinə 1 milyard doza vaksin vurulub

 

Hindistanda COVID-19 əleyhinə vurulan vaksin dozalarının ümumi sayı 1 milyardı keçib. Bu barədə məlumatı Hindistan Hökumətinin Mətbuat İnformasiya Bürosu yayıb.

Hindistanın Baş naziri Narendra Modi bu münasibətlə “Twitter”də həmyerlilərini təbrik edib və bu möhtəşəm nailiyyətə nail olmaq üçün çalışmış alimlərə və səhiyyə işçilərinə təşəkkürünü bildirib.

Ölkənin Səhiyyə naziri Dr. Mansux Mandaviya da ölkəni bu əlamətdar nailiyyətin əldə edilməsi münasibətilə təbrik edib.

Hindistanda son 24 saatda 17,561 xəstə sağalıb və pandemiyanın başlanğıcından etibarən xəstəlikdən sağalanların ümumi sayı 33,495,808-ə çatıb.

Beləliklə, Hindistanda xəstələrin koronavirusdan sağalma nisbəti 98,15%-dir. Sağalma göstəricisi hazırda 2020-ci ilin martından bəri ən yüksək səviyyədədir.

Son 24 saat ərzində ölkədə 18454 yeni yoluxma faktı qeydə alınıb.

Ümumi xəstə sayı 200 mindən az olaraq qalmaqda davam edir. Beləki, hazırda ölkədə 178,831 koronavirus xəstəsi var.

Ölkədə, həmçinin koronavirus testlərinin aparılma imkanları genişləndirilir. Son 24 saat ərzində ölkədə ümumilikdə 1 247 506 koronavirus testi aparılıb. Bugünədək Hindistanda 595.7 milyondan çox test aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button