Dünya

Bu ölkədə komendant saatı tətbiq edildi

 

Şri-Lankanın Rambukkana şəhərində yanacağın qiymətinin artması ilə bağlı iğtişaşlar fonunda komendant saatı tətbiq edilib.

“Daily Mirror” xəbər verir ki, Şri-Lanka polisi, şəhərdə etirazçılarla polis arasında toqquşma nəticəsində ölkədə baş verən iğtişaşlardan sonra Rambukkana Polis Şöbəsində komendant saatı tətbiq edib.

Bundan əvvəl Şri-Lankanın Rambukkana şəhərində çərşənbə axşamı günorta saatlarında etirazçılarla polis arasında toqquşma nəticəsində 1 nəfər ölüb, 24 nəfər yaralanıb.

Nümayişçilər bu hadisədə polisi günahlandırıb, onlar Rambukkana Polis İdarəsini mühasirəyə alıb və binanı daşa tutublar.

Daha əvvəl Şri-Lanka polisi yanacağın bahalaşmasına qarşı 15 saat davam edən etiraz aksiyasından sonra nümayişçiləri dağıtmaq üçün onlara gözyaşardıcı qaz atıb.

Bazar ertəsi Seylon Neft Korporasiyası (CPP) yanacağın qiymətini artırmaq qərarına gəlib. 92 oktanlı benzinin litri 84 manat, 95 oktanlı benzinin bir litri 90 manat, Avtodizelin bir litri 113 manat və super dizelin bir litri 75 manat bahalaşıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button