Dünya

Bu ölkə qızıl alışına rekord həcmdə vəsait xərcləyib

Hindistan keçən il ərzində xaricdən rekord məbləğdə – 55,7 mlrd. ABŞ dolları dəyərində qızıl idxal edib.

“Reuters” xəbər verir ki, idxal olunan qızılın həcmi 2,4 dəfə artaraq 1 050 ton təşkil edib. Dekabrda 86 ton qızıl xaricdən gətirilib.

Hindistanda alıcılarının qızıla artmış tələbatı COVID-19 pandemiyası səbəbi ilə təxirə salınan toyların keçirilməsi və yeni toy məclislərinin baş tutması ilə izah olunur.

Dekabrda qızıla tələbatın adekvat təklif ilə kompensasiyası fonunda qiymətli metalın qiyməti orta qiyməti 2020-ci ilin eyni ayı ilə müqayisədə 22,9% azalaraq 58,1 dollar/qram təşkil edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button