Siyasət

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.

“Report” xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.

Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə bu məsələni şərh edərək bildirib: ”Beynəlxalq təcrübəyə uyğun olaraq, hər hansı ölkədə səfirlik/diplomatik nümayəndəlik açmaq və ya bağlamaq qərarı dövlətlərin suveren hüququdur”.

Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button