Cəmiyyət

Bu il Dövlət Əmək Müfəttişliyi Xidmətinə 10 mindən çox şikayət daxil olub

Bu ilin ötən doqquz ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olan 10 028 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilən 5 908 məktub araşdırılaraq cavablandırılıb.
Xidmətdən “Report”a verilən məlumata görə, müraciətlər daha çox, emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrə aid olub.
Xidmət tərəfindən vətəndaş müraciətləri araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi üçün aidiyyəti işlər görülüb. Araşdırmalar zamanı aşkar edilən hüquq pozuntuları əmək haqlarının ödənilməməsi, işçilərin məzuniyyət hüquqlarının pozulması, əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi və digər hallar təşkil edib. Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib.
Xidmətə daxil olan vətəndaş müraciətlərin bir qismində isə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi əks olunub. Xidmətin yanvar-sentyabr aylarında bu istiqamətdə apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən 851 914 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. 98 faizi əməkhaqlarından, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button