İqtisadiyyat

Bu il Azərbaycanın Böyük Britaniyaya ixracı 5 dəfəyədək artıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Böyük Britaniyanın arasında ticarət dövriyyəsinin həcmi 400,679 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 67,8% çoxdur.”APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 195,100 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur. İdxal isə 205,579 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 3,7% çoxdur.Nəticədə, 2021-ci ilin ilk səkkiz ayında 10,479 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 93,4% azalıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button