İqtisadiyyat

Bu il Azərbaycanda POS-terminalların və bankomatların sayı artıb

Azərbaycanda POS-terminalların sayı iyun ayı ərzində 0,8% artaraq iyulun 1-nə 60 150 vahid təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ilin əvvəlindən isə ölkədə POS-terminalların sayı 5,3% artıb.
Məlumata əsasən, POS-terminalların 39 827 ədədi və ya 66,2%-i Bakıda, qalan 20 323 və ya 33,8%-i isə regionlarda quraşdırılıb.
Hesabat ayında bankomatların sayında da artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı iyunda 0,7%, ilin əvvəlindən isə 3,3% artaraq 2 804 vahidə çatıb. Bankomatların 1 479 ədədi və ya 52,8%-i  Bakıda, 1 325 ədədi və ya 47,2%-i isə regionlarda quraşdırılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button