Dünya

Bu gün Ukraynada 7 humanitar dəhlizin açılması gözlənilir

Bu gün Ukraynada mülki əhalinin təxliyəsi üçün 7 dəhlizin açılması gözlənilir.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşuk bildirib.

O, mühasirədə qalan Mariupoldan hökumətin nəzarətindəki Zaporejye şəhərinə əhalinin təxliyəsi üçün açılacaq dəhlizin də bu siyahıda olduğunu qeyd edib.

Ötən gün Ukraynanın şəhərlərindən ümumilikdə 6 266 nəfərin təxliyə edildiyi vurğulanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button