Dünya

Bu gün Ukraynada 10 humanitar dəhlizin açılması planlaşdırılır

Bu gün Ukraynada 10 humanitar dəhlizin açılması planlaşdırılır

Ukraynada müharibə ilə əlaqədar insanların təxliyəsi və humanitar yardımların çatdırılması üçün 10 humanitar dəhlizin açılması planlaşdırılır. Bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk bildirib.

“Yeni humanitar dəhlizlərin açıldığını elan edirik”, – Vereşuk deyib. Zaporojye – Mariupol (Mariupola humanitar yardım göndəriləcək); Poloqi – Zaporojye; Qostomel, Kozaroviçi, Mikuliçi (Kiyev vilayəti) – Kiyev; Andreyevka, Makarov, Borodyanka (Kiyev vilayəti) – Jitomir; Тrostyanets – Poltava; Sumı – Poltava; Lebedin – Poltava; Konotop – Poltava; Velikaya Pisarevka – Poltava; Krasnopolye – Poltava.

Ukrayna hökuməti bildirir ki, ən ağır humanitar vəziyyət Mariupoldadır. Belə ki, 400 min əhalinin yaşadığı şəhər Rusiya Ordusunun mühasirəsindədir və ora humanitar yardımın göndərilməsinə imkan verilmir. (UNİAN)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button