Gündəm

Bu gün Odessadan 50-dən çox azərbaycanlının təxliyəsi gözlənilir

“Odessa Azərbaycanlılarının Diasporu “Birlik” ictimai təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu günə kimi Odessadan 500-dən çox azərbaycanlını təxliyə edib”.

Bu barədə APA-ya təşkilatın sədri Rövşən Quliyev məlumat verib.

O bildirib ki, artıq təxliyə üçün müraciət edənlərin sayı azalıb.

“Dünən 60-a yaxın şəxsin təxliyəsini həyata keçirmişik. Bu gün də 50 nəfərin təxliyəsi planlaşdırılır. Soydaşlarımız kiçiktutumlu avtobuslarla təxliyə edilir”, – Rövşən Quliyev qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button