Gündəm

Bu gün Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək

Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.

Sammitə Aİ-nin 27 ölkəsinin prezident və baş nazirləri qatılacaq. Toplantıda Moldovanı Baş nazir Maya Sandu, Gürcüstanı hökumət başçısı İrakli Qaribaşvili, Ermənistanı Baş nazir Nikol Paşinyan, Ukraynanı isə Prezident Vladimir Zelenski təmsil edəcək.

Görüş ilk dəfə proqramda iştirakını dayandıran Belarusun iştirakı olmadan keçiriləcək. Ona görə də sammitdə Belarusun rəsmi nümayəndələri olmayacaq, rəsmi Minsk rəmzi “bayraqsız boş oturacaq”la təmsil olunacaq.

Aİ-nin yüksək vəzifəli nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, sammitin gündəliyinə koronavirus pandemiyası ilə mübarizə, “Şərq Tərəfdaşlığı” ölkələrində islahatlar və Aİ-nin proqrama sadiqliyi ilə bağlı məsələlər daxildir. Liderlərin həmçinin bölgədə, o cümlədən Ukrayna, Belarusla sərhəddə təhlükəsizlik durumunu və Qarabağı müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. Ukrayna, Gürcüstan və Moldova mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Aİ-yə üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button