Dünya

Bu gün Beynəlxalq Əlilliyi olan İnsanlar Günüdür

BMT-nin Baş katibi Antonio Quterreşin Beynəlxalq Əlilliyi olan İnsanlar Günü ilə bağlı müraciət edib.

Baş katib müraciətində bildirir ki, əlilliyi olan insanların hüquqlarını, fəaliyyət və liderlik imkanlarını təmin etmək hər birimizin gələcəyinə müsbət təsir göstərəcək.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün hər kəsə, əlilliyi olan insanlara da ehtiyacımız var. Bütün dünyada əlilliyi olanlar insanlar və onları təmsil edən təşkilatlar fəaliyyətlərini “Bizə aid olan işlər bizsiz görülə bilməz” çağırışı əsasında qururlar.

Dünyada əlilliyi olan 1 milyard insanın üzləşdiyi bərabərsizliklər və maneələr COVID-19 dövründə daha qabarıq şəkildə özünü göstərib. Pandemiyanın ən çox mənfi təsir göstərdiyi qruplardan biri də onlardır.

Əlililiyi olan insanları da ehtiva edən pandemiyaya cavab tədbirləri və bərpa prosesinə elə məhz bu insanlar rəhbərlik etməlidir. Tərəfdaşlıqlar təsis etmək, ədalətsizlik və ayrı-seçkiliklə mübarizə aparmaq, texnologiyaya çıxış imkanlarını artırmaq, eləcə də daha inklüziv, əlçatan və dayanıqlı dünya qurmaq uğrunda çalışan təşkilatlara dəstək olmaq lazımdır.

Bütün ölkələri “Əlilliyi olan insanların hüquqları haqqında” Konvensiyanı icra etməyə, əlilliyi olan insanlar və onları təmsil edən təşkilatların fəal iştirakı ilə əlçatımlılıq imkanlarını genişləndirməyə, hüquqi, sosial, habelə iqtisadi maneələri aradan qaldırmağa çağırıram.

Baş katib Beynəlxalq Əlilliyi olan İnsanlar Günündə heç kimi diqqətdən kənar qoymamaqla hər kəs üçün dayanıqlı, inklüziv və ədalətli gələcək qurmaq öhdəliyi götürməyə səsləyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button