İqtisadiyyat

“Bu günə Neft Fondu valyuta satışlarında 539 mln. dollar qənaət edib”

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il 55 valyuta hərracında 3,23 mlrd. ABŞ dolları satıb və hərracların 87%-də təklif tələbi üstələyib.
“APA-Economics”in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, nəticədə ARDNF hərraclarda qənaət edib və bu günə Fondun qənaəti 539 mln. dollar təşkil edir.
“Valyuta bazarında isə profisit var və tam tarazlıq hökm sürür”, – deyə AMB-nin rəsmisi bildirib.
Xatırladaq ki, aprelin 30-da faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən E. Rüstəmov bildirmişdi ki, Neft Fondun hərraclardan sonra 140 mln. dollar qənaət edib.
Qeyd edək ki, bu ilin ilk yarısında Neft Fondu valyuta satışlarını 28,7% azaldıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button