Siyasət

“Bu, Azərbaycan və erməni xalqlarının marağındadır” – Putin

“Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı münaqişənin gələcək həlli prosesində iştirak edəcəyinə ümid edir”.

Savash.org xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə yeni səfirlərin etimadnamələrini təqdim etməsi mərasimində deyib.

O qeyd edib ki, Qarabağda vəziyyətin stabilləşməsinə kömək edəcək, münaqişənin təsirinə məruz qalan ərazilərin sakinlərinə yardım göstərəcək, infrastrukturu bərpa edəcək və normal, dinc həyat üçün şərait yaradacaq Rusiya humanitar mərkəzi fəaliyyətə başlayır: “Bu səylərin göstərilməsində ixtisaslaşmış beynəlxalq təşkilatların iştirakına ümid edirik. Bütün bunlar köhnəlmiş münaqişənin ədalətli əsasda davamlı və hərtərəfli nizamlanmasına zəmin yaradır və bu, Azərbaycan və erməni xalqlarının marağındadır”. (APA)



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button