İqtisadiyyat

BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə neftin nəqli 9%-dək azalıb

Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 132 052 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% azdır.
“APA-Economics”in Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-avqust aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 144 525 min barel neft nəql edilib.
Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ilin göstəricisi müqayisədə 11,5% azdır.
Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button