İqtisadiyyat

BTC ilə bu il 20 mln. tonadək neft nəql edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 26 170,6 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,53% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 74,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, yanvar-sentyabr aylarında kəmər vasitəsilə 19 566,4 min ton neft ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5% az).
Hesabat dövrü ərzində BTC kəməri ilə 2 522,1 min ton tranzit nefti də (17,4% az) nəql edilib.
Qeyd edək ki, BTC-nin ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. Kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.
“BTC Co.”nun səhmdarları BP (30,1%), “AzBTC” (25%), MOL (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləridir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button