Mədəniyyət

Brüsseldə mədəniyyət mərkəzlərinin bağlanılmasına qarşı aksiya keçirilib

Bu gün Brüsseldə mədəniyyət və əyləncə mərkəzlərinin bağlanmasına qarşı keçirilən etiraz aksiyasında 5 mindən çox insan iştirak edib.

APA xəbər verir ki, bu barədə jurnalistlərə şəhər polis idarəsinin sözçüsü İlze Van De Keyre məlumat verib.b”

Onun sözlərinə görə, aksiya icazəli xarakter daşıyıb və insidentsiz başa çatıb.

Aksiyanın təşkilatçıları isə aksiyada 15 minə qədər insanın iştirak etdiyini iddia edib.

Qeyd edək ki, bu gündən Brüsseldə karantin rejimi çərçivəsində 50-dən çox teatr və kinoteatrın fəaliyyəti dayandırılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button