Siyasət

Britaniyanın Azərbaycandakı səfirliyi bəzi viza xidmətlərini dayandırıb

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəzi kateqoriyalar üzrə yeni viza müraciətləri müvəqqəti olaraq qəbul etməyəcək.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tviter hesabında qeyd olunub.

“Təhsil, iş və ailə üzrə yeni viza müraciətləri üçün “prioritet” və “super prioritet” viza xidmətləri müvəqqəti olaraq dayandırılıb. Standart ziyarətçi vizalarının hazırlanması orta hesabla 6 həftə çəkir”, – səfirlik bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button