Dünya

Britaniyalı deputatın qatili özünü İŞİD tərəfdarı adlandırıb

Böyük Britaniyada Mühafizəkarlar Partiyasından olan deputat David Amessi qətlə yetirməkdə şübhəli bilinən Əli Harbi Əli özünü İŞİD tərəfdarı adlandırıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Dövlət ittihamçısı Ceyms Kabel bildirib ki, cinayətkar bir neçə ildir, Britaniya parlamentarilərinə sui-qəsd planları hazırlayıb.
Qeyd edək ki, Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputat David Amess oktyabrın 15-də Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bıçaqlanıb. O aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisəni törədən şəxsin Britaniya vətəndaşı, əslən Somalidən olan 25 yaşlı Əli Harbi Əli olduğu deyilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button