İqtisadiyyat

Britaniyada məşğulluq rekorda çatıb

Böyük Britaniya şirkətlərində çalışan işçilərin sayı sentyabr ayında rekord həddə çatıb. Bu, uçot faiz dərəcəsini yüksəltməyə hazırlaşan İngiltərə Bankı (“Bank of England”) üçün təkan ola bilər.
“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, ölkə iqtisadiyyatının yaxşılaşması fonunda Britaniya şirkətlərində çalışan işçilərin sayı sentyabr ayında 207 min nəfər artıb. Əlavə olaraq, iyun-avqust aylarında işsizlik səviyyəsi may-iyul aylarındakı 4,6%-dən 4,5%-ə düşüb.
İyun-avqust aylarında orta əməkhaqqı, may-iyul aylarında 8,3%-lik artımdan sonra illik 7,2% artıb. Mükafat və bonuslar istisna olmaqla, artım 6% təşkil edib.
Xatırladaq ki, İngiltərə Bankı, əsas faiz dərəcəsini 0,1% artıracaq dünyanın aparıcı mərkəzi banklarından birincisi ola bilər. “HSBC Asset Management”in analitiki Hüseyn Mehdinin sözlərinə görə, güclü əmək statistikası Mərkəzi Bankın faiz dərəcəsini bu ilin sonunadək artırma ehtimalını yüksəldir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button