İqtisadiyyat

Britaniyada inflyasiya 13 illik maksimuma çata bilər

“Bloomberg”in hesablamalarına görə, Böyük Britaniyada bazarın inflyasiya gözləntilərinin göstəricisi hesab olunan onillik istiqrazların itkisizlik səviyyəsi 4,03%-ə yüksəlib.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə qiymətlərin yüksəlməsinə əsasən benzin və qazın bahalaşması təsir edib. Bundan əlavə, Böyük Britaniyanın minimum əməkhaqqını qaldırılması (hazırda saatı 9,42 funt) məqsədi qiymətlər üzrə gözləntilərə artırıcı təsir edir.
Qeyd edilir ki, ölkədəki inflyasiyanın kəskin artması İngiltərə Bankının monetar siyasəti sərtləşdirməsi üçün zəmin yaradır və uçot dərəcəsinin yüksəldilməsi gözlənilir, lakin hazırda ehtimallar aşağıdır.
Xatırladaq ki, rəsmi rəqəmlərə görə, avqust ayında Böyük Britaniyada inflyasiya son doqquz ilin ən yüksək səviyyəsində olub – 3,2% təşkil edib. Hökumət yanacağın qiymətinin artması səbəbindən IV rübdə inflyasiyanın 4%-dək sürətlənə biləcəyini istisna etmir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button