Dünya

Britaniya kəşfiyyatı növbəti 11 sentyabr terroru barədə xəbərdarlıq edib

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması 11 sentyabr 2001-ci ildə olduğu kimi daha bir terror aktı riskini artırıb.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya əks-kəşfiyyatının rəhbəri Ken Makkallum “The Times”a bildirib.
Kəşfiyyat rəhbərinin sözlərinə görə, Vaşinqtonun qərarı ekstremistləri ruhlandırıb.
“Bu, terrorçuları daha iri mqiyaslı hücumlar həyata keçirmək üçün yenidən qruplaşmaq təhlükəsini artırır”, – Makkallum əlavə edib.
Qeyd edək ki, 2001-ci ilin sentyabrın 11-də ABŞ-da yerləşən Dünya Ticarət Mərkəzi və Pentaqona hücumda “Əl-Qaida” terror təşkilatını ittiham edən ABŞ prezidenti Corc Buş “Taliban” hökumətindən həmin terror qruplaşmasının liderinin təhvil verilməsini tələb etmişdi. Daha sonra Əfqanıstana ordu yeridən ABŞ “Taliban”ın hakimiyyətinə son qoyub, “taliblər”in 90 faizi ölkədən gedib. “Taliban” iyirmi il sonra – bu ilin avqustunda yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirməyə müvəffəq olub, ABŞ ordusu isə Əfqanıstanı tərk edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button