Dünya

Britaniya 386 rusiyalı deputata sanksiya tətbiq edib

Böyük Britaniya Putini dəstəkləyən 386 Rusiya parlamentinin üzvünə sanksiya tətbiq edib

APA-nın London bürosunun xəbərinə görə, bu barədə Xarici İşlər Naziri Liz Tras məlumat verib.

Tras bəyan edib ki, Böyük Britaniya Rusiya parlamentinin Vladimir Putinin Ukraynanın separatçı bölgələrindəki hərəkətlərinin lehinə səs verən 386 deputata qarşı sanksiya tətbiq edir.

Yeni tədbirlər siyahıda olanların Böyük Britaniyaya səyahətini, burada saxlanılan aktivlərdən istifadəsini və Krallıq ərazisində bizneslə məşğul olmasını qadağan edəcək.

Siyahıda olan şəxslərin hamısı ötən ay Luqansk və Donetsk vilayətlərinin ərazisindəki separatçı qurumların müstəqilliyinin tanınması və Rusiya hərbçilərinin daimi mövcudluğuna icazə verən müqavilələrin ratifikasiyasına səs verən Rusiya parlamentinin aşağı palatasının üzvləridir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button