Dünya

Britaniya əks-kəşfiyyat rəhbəri: “11 sentyabr hadisələri təkrarlana bilər”

“Əfqanıstanda iqtidarın “Taliban” hərəkatının əlinə keçməsi Birləşmiş Krallığı 2001-ci il 11 sentyabr terror hücumlarına bənzər təhlükə qarşısında qoyub”.
“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın “Mİ5” hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkalum bildirib.
Son 4 ildə ölkədə 31 terror qəsdinin qarşısını aldıqlarını diqqətə çatdıran kəşfiyyat rəhbəri daha sonra deyib:
“Əfqanıstandan gələn mühüm bir problem ilhamverici təsirlə yanaşı, həm də terrorçuların qarşımıza daha təkmil, mənfur üsullar çıxaracaqları təhlükəsidir”.
2006-cı ildə London Hitrou Hava Limanından qalxan 7 təyyarəni vurmaq planını pozduqlarını xatırladan general Makkalum qeyd edib ki, Əfqanıstanda 20 ildir terrorçuluğa qarşı aparılan mübarizə nəticəsində bu cür irimiqyaslı qəsdlər nadir hala çevrilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button