Dünya

Britaniya Əfqanıstanla həmsərhəd olan ölkələrdən 102 qaçqını təxliyə edib

Böyük Britaniya hərbçiləri Əfqanıstanla həmsərhəd olan ölkələrdən 102 əfqan qaçqınını təxliyə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlar iki RAF təyyarəsi ilə Böyük Britaniyaya aparılıb.
Təxliyə edilənlər arasında NATO-nun Əfqanıstandakı missiyası zamanı Britaniya hərbçilərinə kömək etmiş əfqan tərcüməçiləri və məsləhətçiləri, onların ailə üzvləri, həmçinin Britaniya vətəndaşlığı olan şəxslər də var.
Nazirlik krallıqla əməkdaşlıq edən üçüncü ölkələrdən əfqanların təxliyəsinin gələn həftə də davam edəcəyini bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button