Dünya

Breyvikin vaxtından əvvəl azadlığa buraxılması məsələsinə baxılacaq

Törətdiyi qətliama görə 21 il müddətinə azadlıqdan məhrum edilmiş Andres Breyvikin vaxtından əvvəl azadlığa buraxılması məsələsinə baxılacaq. Məhkəmə prosesi onun hazırda cəza çəkdiyi Şien həbsxanasında baş tutacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Norveç qanunlarına görə, Breyvik cəzasının 10 ilini arxada qoyduğundan vaxtından əvvəl şərti azadlığa buraxılma üçün müraciət etmək hüququna malikdir.

Xatırladaq ki, Andres Breyvikin 2011-ci ildə Oslo şəhərində və Utoyya adasında törətdiyi terror aktı nəticəsində 77 nəfər ölüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button