İqtisadiyyat

“Brent” neftinin qiyməti minimum səviyyəyə düşüb

Dünya bazarlarında “Brent” markalı neftin qiyməti oktyabrın əvvəlindən sonra ilk dəfə 78 ABŞ dollarından aşağı düşüb.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.46-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,2% ucuzlaşaraq, 1 bareli 78,74 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,04% aşağı düşərək, 1 bareli 75,91 ABŞ dolları təşkil edib.

Treyderlər ABŞ və Yaponiyanın öz strateji ehtiyatlarından xammal satışına başlamağa hazırlaşması ehtimalını qiymətləndirirlər. Analitiklər Yaponiyanın belə bir addım atacağı ehtimalının az olduğunu güman edirlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button