İqtisadiyyat

“Brent” neftinin qiyməti 82 dollara yaxınlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 2018-ci ilin oktyabrından ilk dəfə olaraq 81 ABŞ dollarını ötüb.
“APA-Economics”in məlumatına görə, “Brent” neftinin qiyməti 3,33% artaraq hazırda 81,92 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,19% artaraq 78,3 dollar təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button