İqtisadiyyat
“Brent” neftinin qiyməti 72 dollardan aşağı enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin dəyəri 2,68% azalaraq 1 barelə görə 71,62 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, sonuncu dəfə “Brent” in qiyməti 72 dollardan aşağı 11 iyun 2021-ci il tarixində qeydə alınıb.