İqtisadiyyat

“Brent” markalı neftin qiyməti 93 dollara çatır

Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 93 ABŞ dollarına çatır.

Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,24% ucuzlaşaraq, 1 bareli 92,5 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,08% düşərək, 1 bareli 91,25 ABŞ dolları təşkil edib.

Bu həftə investorlar ABŞ-ın Energetika Nazirliyinin qısamüddətli proqnozlarının, həmçinin OPEC və Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatlarının, habelə ABŞ-da neft ehtiyatları və hasilatı ilə bağlı həftəlik hesabatların açıqlanmasını gözləyir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button