İqtisadiyyat

“Brent” markalı neft bahalaşıb

Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı “qara qızıl”ın qiymətindəki artım sürətlənib.

Bu gün keçirilən hərraclarda “Brent” markalı neftin iyul fyüçersləri 3,57 faiz bahalaşaraq 108,72 dollardan, “WTI” markalı neftin iyun fyüçersləri də 3,66 faiz bahalaşaraq 106,16 dollardan satılıb.

Ötən gün Londonun “ICE Futures” birjasında “Brent”, NYMEX-də “WTI” də 2,4 % ucuzlaşmışdı. Bu məsələdə dünyanın ən böyük neft idxalçısı olan Çində koronavirusa yoluxmanın artmasına görə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsilə bağlı tələbatla bağlı şübhələrin mühüm payı olduğu bildirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button