Dünya

Braziliyada turistlərin olduğu qayıq aşıb, ölənlər var

Braziliyanın cənub-qərbində Paraqvay çayında turistlərin olduğu qayıq aşıb.
“Report” xəbər verir ki, bu barədə “G1” xəbər portalı məlumat yayıb.
Qəza nəticəsində azı 6 nəfər ölüb, 1 nəfər itkin düşüb, 14 nəfər isə xilas edilib.
Ümumilikdə 21 nəfərin olduğu qayığın güclü külək səbəbindən aşdığı bildirilir.
Hadisə turistlərin balıq tutmaqdan qayıtdığı vaxt baş verib.
Hazırda 12 dalğıc xilasetmə əməliyyatı aparır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button