Dünya

Braziliyada mağarada uçqun nəticəsində 9 yanğınsöndürən həlak olub

Braziliyanın San-Paulu ştatında mağarada baş verən uçqun nəticəsində bir neçə yanğınsöndürən həlak olub.
“Report” xəbər verir ki, bu barədə bölgənin yanğınsöndürmə idarəsi tviterdə məlumat yayıb.
“9 nəfər həlak olub, 1 nəfər xilas edilərək xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ərazidə başqa zərərçəkənlər qalmayıb”, – xəbərdə deyilir.
İtambe mağarasının çökməsi yanğınsöndürənlər içəridə təlim keçərkən baş verib. Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, təlimlərdə 28 nəfər iştirak edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button