Dünya

Braziliyada daşqın qurbanlarının sayı 104 nəfərə çatıb

Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 104-ə çatıb.

Bu barədə yerli mətbuat xəbər yayıb. Bildirilib ki, həlak olanlardan 8-i uşaqdır.

Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub. 80 yaşayış binasına ziyan dəyib, onlardan azı 54-ü tamamilə dağılıb. Çərşənbə axşamı altı saat ərzində 260 mm yağıntının düşdüyü (aylıq normadan çox) şəhərin hakimiyyəti matəm və fövqəladə vəziyyət elan edib.

Sinoptiklər yaxın bir neçə gün ərzində daha çox yağıntının olacağını proqnozlaşdırırlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button