Dünya

Braziliyada bank soyğunçuları dəstəsinin 25 üzvü öldürülüb

Braziliyada polis əməkdaşları ilə atışmada bank soyğunçuları dəstəsinin 25 üzvü öldürülüb.
“Report” xəbər verir ki, bu barədə G1 xəbər portalı məlumat yayıb.
“Bazar günü müxtəlif polis bölmələrinin birgə əməliyyatı nəticəsində bank soyğunçuluğu ilə məşğul olan dəstəyə üzv olmaqda şübhəli bilinən 25 nəfər öldürülüb”, – portal bildirib.
Polisin məlumatına görə, həmin şəxslər bu növ cinayət üzrə fəaliyyət göstəriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onlarla silah, döyüş sursatı və oğurlanmış 10 avtomobili ələ keçirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button