Dünya

Braziliya prezidenti: Müavinim bəzən mənə mane olur

Braziliya prezidenti Jair Bolsonaru müavini, vitse-prezident Antoniu Qamilton Mouraunun bəzən ona mane olmasından şikayətlənib.
“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı belə açıqlama ilə yerli radiostansiyaya müsahibəsinin feysbukdakı hesabında yayılan gedişatında çıxış edib.
“Mourau öz işini görür, o bir çox şeylərdə müstəqil hərəkət edir. Bəzən bizə bir az mane olur”, – Braziliya lideri deyib. Bununla birlikdə, Bolsonaru qeyd edib ki, onunla Mourau arasında “böyük problem yoxdur”.
“Vitse-prezident qayın kimidir. Əgər evləndisə, ona dözmək lazım gəlir. Onu qovmayacaqsan”, – siyasətçi əlavə edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button