İqtisadiyyat

BP-nin bərpa olunan enerji bölməsinin rəhbəri vəzifəsindən gedir

Böyük Britaniyanın enerji nəhəngi sayılan BP şirkətinin bərpa olunan enerji bölməsinin rəhbəri Dev Sanyal ilin sonunda şirkətdən ayrılacaq.
“APA-Economics”in məlumatına görə, bu barədə BP-nin açıqlamasında deyilir.
Qeyd olunub ki, 32 il şirkətdə çalışan Sanyalın ayrılması xəbəri BP-nin bərpa olunan enerji biznesini aktiv şəkildə inkişaf etməsi fonunda gözlənilməz oldu.
Bölmənin yeni rəhbəri əvvəllər “RWE Renewables” şirkətinin baş direktoru işləyən Anya-İzabel Dotsenrat olacaq. O, 1 mart 2022-ci il tarixindən etibarən vəzifəsinin icrasına başlayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button