İdman

Böyük hesabla uduzan “Neftçi” avrokubokla vidalaşıb

Azərbaycan çempionu “Neftçi” avrokuboklarla vidalaşıb.
Apasport.az saytının məlumatına görə, Bakı klubu mübarizəni Konfrans Liqasının pley-off mərhələsində dayandırıb.
Bunadək Çempionlar Liqası və Avropa Liqasına vida edən Samir Abasovun yetirmələri qitənin 3-cü dərəcəli klub turnirində də uğursuzluqla üzləşib. Paytaxt təmsilçisi İsrail “Makkabi”sini keçə bilməyib.
Bakıda 3:3 hesablı məhsuldar heç-heçə oynayan rəqiblərin Hayfadakı duelinin taleyi artıq ilk 45 dəqiqədə həll olunub. “Makkabi” 2 qol vuraraq fasiləyə üstün yollanıb.
İlk yarıda olduğu kimi ikinci hissədə də meydan sahibləri öz oyununu diqtə edib. Fərqi artırmağa müvəffəq olan hayfalılar böyükhesablı qələbə qazanıb. Bu, “Neftçi”nin səfərdə üzləşdiyi ardıcıl ikinci biabırçı darmadağındır.
Qeyd edək ki, “Neftçi” Çempionlar Liqasında Tbilisi “Dinamo”sunu (2:1, 2:1) keçdikdən sonra “Olimpiakos”a (0:1, 0:1), Avropa Liqasında isə HİK-ə (2:2, 0:3) uduzub.
Konfrans LiqasıPley-off mərhələsiCavab oyunu26 avqust21:00. “Makkabi” (Hayfa, İsrail) – “Neftçi” (Azərbaycan) – 4:0Qollar: Sun Menaşem, 20, Omer Atzili, 45+2, Dolev Haziza, 53 (pen.), Abu Fani, 69Baş hakim: Aleksandar Stavrev (Şimali Makedoniya)“Makkabi”: 44. Coşua Kohen, 2. Rayan Strain, 5. Boqdan Planiç, 12. Sun Menaşem, 24. Ori Dahan, 7. Omer Atzili, 14. Xose Rodrigez, 16. Mohammad Abu Fani, 10. Tyaron Çeri (k), 8. Dolev Haziza, 21. Din DavidEhtiyat oyunçular: 30. Ariel Barduqo, 77. Royi Fuks, 3. Şon Qoldberq, 18. Yuval Aşkenazi, 9. Ben Sahar, 15. Ofri Arad, 55. Rami Gerşon, 26. Mahmud Jaber, 33. Maor Levi, 25. Yozef Raz Meyr, 4. Ali Mohamed, 11. Qodsvay DonyoBaş məşqçi: Barak Baxar
“Neftçi”: 30. Aqil Məmmədov, 6. Voislav Stankoviç, 11. Harramiz Suares, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 29. Sabir Buqrin, 14. Romen Bask, 4. Huqo Basto, 19. Fəhmin Muradbəyli, 20. Mert Çelik, 10. Sezar Meza KolliEhtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal NəcəfovBaş məşqçi: Samir AbasovHayfa. “Sammi Ofer” stadionuİlk oyun – 3:3

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button