Dünya

Böyük Britaniyaya rekord sayda qanunsuz miqrant gəlib

Böyük Britaniyada sentyabr ayında La Manş boğazı ilə qayıqlarla ölkəyə qanunsuz keçmək istəyən 3,8 min nəfər aşkarlanaraq saxlanılıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, bu da ötən ildən bu yana ən yüksək rəqəmdir. Daxili İşlər Nazirliyinə görə, ilin əvvəlindən ölkəyə qanunsuz gələnlər 16,3 min nəfərdir, halbuki ötən ildə bu göstərici 8,4 min olub.
Qeyd olunur ki, qanunsuz miqrantlar Böyük Britaniyada qanuni icazə alaraq iş və müavinət hüququ əldə etməyin daha asan olduğunu düşünərək bu ölkəyə keçməyə can atırlar. Daxili İşlər Nazirliyi ölkədə sığnacaq əldə etmək qaydasının islahatını nəzərdə tutan qanun layihəsini hələ iyul ayında parlamentə təqdim edib.
Böyük Britaniya ilə Fransa arasında qanunsuz miqrasiyaya qarşı birgə əməkdaşlığa dair bir neçə dəfə açıqlama verilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button