Dünya

Böyük Britaniyanın baş naziri cərimələnib

Böyük Britaniyanın Baş naziri Boris Conson karantin qaydalarını pozduğuna görə polis tərəfindən cərimələnib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, London polisi bu gün Boris Consonu cərimələyib. Baş nazir cəriməni ödədiyini bildirib və daha sonra üzr istəyib.

Cərimə ilə əlaqədar istefa verib-verməyəcəyi ilə bağlı jurnalistlərin sualına isə Baş nazir belə cavab verib: “Mən öz səlahiyyətlərimi yerinə yetirmək və ölkədəki problemləri həll etmək istəyirəm”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button