Dünya

Bolqarıstanın hazırkı prezidenti seçkilərin birinci turunda qalib gəlib

Bolqarıstanın hazırkı prezidenti Rumen Radev seçki bülletenlərinin emalı başa çatdıqdan sonra ölkədə keçirilmiş seçkilərdə 49,41 % səs toplayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Bu göstərici birinci turda qalib gəlmək üçün kifayət etmir, ona görə də noyabrın 21-də seçicilərin 22,82 faizinin dəstəklədiyi Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşları Partiyasının (GERB) nümayəndəsi Atanas Gersikovun Radevə rəqibi olacağı ikinci tur keçiriləcək.

Siyahıda üçüncü yerdə isə Hüquq və Azadlıqlar Hərəkatının rəhbəri Mustafa Karadai qərarlaşıb. O, 11,57 % səs toplayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button