İqtisadiyyat

Bolqarıstanın energetika naziri Azərbaycana gələcək

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov fevral ayında Azərbaycana səfər edəcək.

Trend-ə bu barədə diplomatik mənbələrdən məlumat veriblər.

Nazir Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak edəcək.

“Bolqarıstan nümayəndə heyətinə energetika naziri Aleksandr Nikolov başçılıq edəcək”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.

2015-ci ildən etibarən hər il fevral ayında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının birinci keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button